Quality Assurance Testing dərsləri (Azərbaycan dilində) QA

Manual Testing (QA - Quality Assurance) Proqram təminatının keyfiyyətini təmin etmək üçün lazım olacaq bilik.

Ratings 4.91 / 5.00
Quality Assurance Testing dərsləri (Azərbaycan dilində) QA

What You Will Learn!

  • Proqram təminatının hazırlanması hansı mərhələlərdən ibarətdir ( SDLC );
  • STLC - Software Testing Life Cycle nə olduğunu;
  • SDLC üçün hansı idarə etmə modelləri var ( Waterfall, Spiral, V-Model, Agile - Scrum );
  • Testing Növləri: Static və Dinamik testing nədir və hansı testing növlərini özündə toplayır;
  • Real iş mühitində əslində necə olur.

Description

Manual Quality Assurance Testing. Əlnən keyfiyyətin təminatının yoxlanması.

Kurs sıfırdan Testing sahəsini mənimsəmək üçün və Manual Tester kimi işə başlamaq üçün lazım olan bütün mövzuları əhatə edib, sizi bu sahədə iş tapmağa daha da yaxın edəcək. Kursda biz proqram təminatını kod yazmadan yoxlamaq üçün lazım olacaq texnologiyaları, metodikaları və yanaşmaları müzakirə edəcəyik. Kurs məqsədyönlü şəkildə sizlər üçün hazırlanıb. Ona görə kursda mövzuların müddəti əbəs yerə uzanmır. Kursda İntervyuda düşə biləcək sualları da nəzərinizə çatdırırıq. Əlavə olaraq sizə daimi dəstək göstərərək kursu daha da keyfiyyətli edirik. 


Kursu bir neçə hissəyə bölərək aydın bir struktur formasına gətiririk. Kursda Ümumi Software (Proqram Təminatı) haqqında məlumat verildikdən sonra, İstifadə oluna biləcək metodologiyalardan danışırıq. Nəzərə alın seksiyalara videolar sonradan da əlavə edilə bilər. Öyrəndiklərinizi nə dərəcədə yaxşı mənimsədiyinizi yoxlamaq üçün test və sorğular keçirəciyik. Zəhmət olmasa əgər çətinliyiniz varsa, mütləq şəkildə bizə müraciət edin.


Manual QA Haqqında:
Hazırda Amerika və Avropada çox inkişaf etmiş Testing sahəsi demək olar bütün proqram təminatı hazırlayan və ya öz daxili proqramçıları olan şirkətlər Testing etmədən produktunu istifadəyə vermir. Çünki xətalar müxtəlif fəsadlar gətirə bilər. Paylaşdığımız dərslərdən biri Testingin nəyə lazım olduğundan danışır. Mütləq həmin dərsi izləyin.


Deyirlər bəs Manual QA artıq lazım deyil...

Automation Manual tərəfindən edilmiş təkrarlanan testləri kompyuter tərəfindən edilməsi üçün lazım olur. Qeyd edim ki, neçə illər işləyib reallıqda 3 Manual Tester olarkən 0 ya 1 Automation Tester olur. Yəni resurs olaraq insana həməşə ehtiyac var. Hətta bəzən şirkətlər bütün regressionları belə Manual qaydada edir. Dediklərim daha çox Amerika bazarına aiddir. Ona görə düşünürəm Manual Testing-i bilmək zərüridir. QEYD: Automation-a keçid etmək üçün də əvvəl Manual tərəfini bilməlisiniz.


Terminləri ingilis dilindədir:

Bəli, terminlər ingilis dilindədir. Beləliklə həmin sözlər sizə artıq tanış olacaq və müsahibəni keçmək daha çox rahat olacaq. Azərbaycan dilində izahını və tərcüməsini əlavə edərik əgər ehtiyac olarsa. Azərbaycan bazarında da siz bu biliklərinizi istifadə edib, keyfiyyətli proqram təminatını hazırlamaq da önəmli rol oynaya bilərsiniz.


Kurs hal-hazırda yenilənməyə davam edir. Proqram Təminatının Yoxlanmasının Həyat Dövründə bütün addımları mənimsəyib müxtəlif testing (yoxlama) növlərini öyrənəcəksiniz.

Who Should Attend!

  • Sahəsini dəyişib İT sahəsinə keçid etmək istəyənlər üçün
  • Keyfiyyətli proqram təminatı hazırlamaq istəyənlər üçün
  • Testing sahəsində profesional olmaq istəyənlər üçün
  • İT sahəsində işləmək istəyir amma kod yazmaq istəməyənlər üçün

TAKE THIS COURSE

Tags

  • Certified Quality Engineer (CQE)

Subscribers

40

Lectures

58

TAKE THIS COURSE



Related Courses