Polşada şirkətlərdə İşə Müraciət və İşə Qəbul kursu

CV, LinkedIn hazırlanması, Vakansiya analizi və İntervyulara hazırlıq

Ratings 5.00 / 5.00
Polşada şirkətlərdə İşə Müraciət və İşə Qəbul kursu

What You Will Learn!

  • Polşada iş mühiti və İşə qəbul prosesini anlamaq
  • Polşada aparıcı şirkətlərdə iş axtarışı, işə müraciət prosesləri
  • Polşada iş tapmaq üçün tələblərə uyğun effektiv CV Hazırlanması
  • Effektiv Linkedin profilinin hazırlanması
  • Polşada iş intervyularına hazırlıq
  • İş axtarışı, işə müraciət, CV hazırlanması və intervyu proseslərində xüsusi ipucları

Description

Bu kursda Polşada əsasən beynəlxalq olmaqla şirkətlərə müraciət və iş təklifi almaq üçün lazım olan bütün mövzuları əhatə etməyə çalışmışam.

Haqqımda:
Mən – İsa Zeynal Qafqaz Universitetində təhsil almışam. Daha sonra data sahələrində təhsil və konsaltinq şirkəti olan "Data SoCool"u (data edu az) həmtəsis etmişəm. 3 il müddətində 300-dən çox məzun olmuş tələbəyə işə qəbul üçün CV-lərin hazırlanması, intervyuya hazırlıq kimi məsələlərdə dəstək olmuşam.


2 ildir Polşadayam və Cisco, UBS və Citi şirkətlərində müxtəlif vəzifələrdə çalışmışam. Hazırda Citi bankda IT Project Manager - Assistant Vice President pozisiyasında işləyirəm. 

Karyera konsultasiyası sahəsində 5 illik təcrübəmə əsaslanaraq, effektiv iş təklifləri almağa nail olmaq üçün bu kursu hazırladım. Polşada 2 ildir karyera kouçu olaraq fəaliyyət göstərirəm və bu müddətdən 70-dən çox şəxslə uğurlu əməkdaşlıqlar etmişəm. Hazırda onlar J P Morgan Chase, UBS, State Street Bank, HSBC, Bosch, Boeing, Motorola Solutions, Cisco kimi aparıcı şirkətlərdə müxtəlif pozisiyalarda işləyirlər.


Peşəkar təcrübəm haqda LinkedIn profilimdən tanış ola bilərsiniz.

Isa Zeynal


Kursu ardıcıl şəkildə izləyib prosesləri izah olunan kimi yerinə yetirsəniz istədiyiniz iş təklifini almağınız daha tez olacaq

Polşa, Avropada beynəlxalq karyeranıza başlamaq üçün minlərlə müxtəlif iş imkanı təklif edən ən uyğun ölkələrdən biridir. Son illərdə Amerika, İngiltərə, Almaniya və digər ölkələrin bir çox aparıcı şirkətləri Maliyyə, İnsan Resursları və IT sahələri başda olmaqla müxtəlif departamentlərini Polşaya köçürürlər. Bu isə ölkədə çoxlu sayda yeni iş yerlərinin yaranmasına, nəticə etibarilə işçi qüvvəsinin defisitinə səbəb olub. Hazırda bu ölkədə Amazon, Facebook, Google, IBM, Cisco, Microsoft, NETFLIX, UBS, SHELL, J&P Morgan, Credit Suisse və digər dünya nəhəngləri bizneslərini genişləndirir, hər il yüzlərlə yeni əməkdaşı komandalarına cəlb edərək fəaliyyətlərini daha da böyüdürlər.

Who Should Attend!

  • Polşada iş axtaranlar üçün
  • İş yerini daha yaxşıya dəyişmək istəyənlər üçün

TAKE THIS COURSE

Tags

Subscribers

11

Lectures

16

TAKE THIS COURSE