Təməl diksiyanın sirləri

Su kimi axıcı danışığın sirri nədir? Azərbaycanda sistemli diksiya proqramını yaradan Cəlalə Nəzəroğlu ilə öyrənin.

Ratings 4.49 / 5.00
Təməl diksiyanın sirləri

What You Will Learn!

  • Təməl diksiya.
  • Həyəcansız və güclü səslə danışmaq üçün nəfəs texnikaları.
  • Səsi cazibədar hala gətirmək texnikaları.
  • Sözlərin qüsursuz tələffüzü üçün ağız tənbəlliyindən xilas olma texnikaları.

Description

Bəlkə, sizdə də bu hallar baş verir:

Danışanda həyəcanlanırsınız. Əslində, nə demək istədiyinizi bilirsiniz, amma kəlmələr heç cür dilinizə gəlmir. Fikrinizi dolaşıq ifadə edirsiniz, qarşı tərəf sizi anlamaqda çətinlik çəkir.

“Ağzınızın içində” danışırsınız. Sözlər, daşın altında qalıbmış kimi “əzilərək” tələffüz olunur. Diliniz “topuq çalır”, ağzınızı güclə açırsınız. Sanki danışmağa səbriniz çatmır. Sözləri tez deyib susmaq, xilas olmaq istəyirsiniz.

Həyəcandan əl-ayağınız əsir, ürək döyüntüləriniz danışmağa imkan vermir. Mövzunu yaxşı bildiyiniz halda, hər şeyi unudub pərt vəziyyətə düşürsünüz.

Səsinizi bəyənmirsiniz. Sanki sizə aid audio-video materialları dinlədikdə və izlədikdə utanırsınız. Gündəlik ünsiyyətdə kiməsə yolladığınız səsi təkrar dinləyib silir, dəfələrlə yazırsınız.

Nitqinizdə olan probemlər sizi hər zaman narahat edir. Çünki cəmiyyətdə yaşayırıq, ünsiyyət qurmadan heç bir şey edə bilmərik.

Ailədə, dostlar arasında, iş yerində – hər yerdə hörmət edilən, dinlənilən, sözünün kəsəri olan şəxs kimi tanınmaq istəyirsiniz.

Bütün bu sadalananlar sonradan öyrənilə bilən məziyyətlərdir. Sadəcə, doğru sistemlə tanış olmaq və tətbiq etmək yetərlidir.

Daha öncəki cəhdləriniz niyə baş tutmayıb?

Əlifbanı öyrənmədən yazmağa cəhd göstərmək nə dərəcədə düzgündür? Diksiyanı öyrənmək də işin əlifbasını bilməyi tələb edir. Cəlalə Nəzəroğlunun qurduğu sistemdə diksiya A-dan Z-yə öyrədilir.

Təsirli danışıqda ən son öyrənilən mövzu bədən dilidir. Bu dərsi ilk dəfədən öyrənmək yarımçıqlıqdan başqa bir şey deyil. Əvvəlcə təməlini möhkəm qoymaq lazımdır. Unutmayın, diksiyada sistem zəncirvari şəkildə qurulub və halqaların hamısı bütövlük üçün qeyd-şərtsiz vacibdir. Hər şey çox asandır: sadəcə, izlə və tətbiq et.

Who Should Attend!

  • Fərdi inkişafında zirvəyə qalxmaq istəyənlər.
  • Bilik və bacarıqlarını tam göstərmək istəyənlər.
  • Karyerasında yüksəlmək, lider olmaq istəyənlər.
  • Özünə güvən hissi zəif olanlar.
  • Rəhbər şəxslər.
  • İşi danışmaqdan keçən bütün peşə sahibləri.
  • Bir sözlə, hər kəs üçün!

TAKE THIS COURSE

Tags

  • Public Speaking
  • Voice Training

Subscribers

49

Lectures

28

TAKE THIS COURSE



Related Courses