Sıfırdan irəliyə python dərsləri

Bu kursda sıfırdan python dərsləri öyrənə biləcəksən. Web proqramlaşdırma, alqoritmlərin yazılması, pythonla tanışlıq.

Ratings 3.76 / 5.00
Sıfırdan irəliyə python dərsləri

What You Will Learn!

  • Sıfırdan irəliyə azərbaycanca python dərslərinə qoşul və özün python proqramlaşdırmanı öyrən
  • Fərqli tasklar verilir (+ həlləri), taskları işləyərək öyrəndiklərini tətbiq et
  • 'Custom' funksiyalar yazaraq alqoritm yazma bacarıqlarınızı artırın.
  • Qısa videolarla sıxılmadan çox şey öyrən
  • Bu kursdan sonra rahat şəkildə alqoritm yaza biləcəksən.

Description

Kursa dərslər əlavə edilməkdədir.

Bu kursda sıfırdan irəliyə python dərsləri mövcuddur.

Ilk öncə komputerimizdə python'u yükləməyi öyrənəcəksiniz.

Vscode yükləməyi öyrənəcəksiniz. Visual studio code-da Avto Save -i və Default Profile təyin etməyi öyrənəcəksiniz.

Daha sonra təməl səviyyə python öyrənəcəksiniz. Hansı ki, təməl səviyyə python bölməsində öyrənəcəkləriniz :

  • print() funksiyasını.

  • print() funksiyasının "end" parametrini, "sep" parametrini.

  • Verilən tiplərindən str, int, float və boolean.

  • Şərh sətirlərini ( tək sətirlik və ya çox sətirlik ).

  • type() funksiyasını.

  • Şərt ifadələrini (bloklarını).

  • Ternary operatorunu.

  • Dəyişənlərin adlandırılması və standartlarını.

    • camelCase.

    • PascalCase.

    • snake_case.

  • Sabit və dəyişkən dəyişənləri.

  • Stringlərdə indeksinə görə simvolu çağırmağı.

  • Stringlərdə len() funksiyasının istifadəsi.

  • While döngüsünü.

  • For döngüsünü.

  • Break ifadəsini.

  • Continue ifadəsini.

  • range() funksiyasını.

  • module yükləməyi.

  • module istifadə etməyi.

  • custom funksiya yazmağı.

  • input funksiyasını.

  • try-except bloklarını.

  • riyazi ifadələr.

  • math modulundan sqrt funksiyası.

  • məntiqi operatorlar.

  • identity operatorlar.

  • üzvlük (membership) operatorlar.

öyrənəcəksiniz.

Növbəti bölümdə Təməl python bölümündə öyrəndiklərimizə aid tasklar və həlləri var. Həlləri video kaynaklardan yükləyə bilərsiniz.

String metodlar bölməsində stringlərlə rahat şəkildə işləmək üçün fərqli funksiyalar öyrənəcəksiniz. Eyni ilə qısa videolarla sıxılmadan bu bölməni fikrimcə yaxşı səviyyədə öyrənəcəksiniz.

Sonrakı bölümlərdə isə alqoritmlər, kolleksiyalar və daha çoxunu öyrənmə şansınız olacaq.

Qeyd : Taskları özünüz yaza bilməsəz həllinə baxıb, yenidən yazmağa cəhd edin ki, biliyiniz möhkəmlənsin.

Qeyd : Yazılmış kodları github hesabımdan yükləyə biləcəksiniz.


Hər hansı sualınız olarsa şərhlərdə yaza bilərsiniz. Gün ərzində cavablamağa çalışacam. Kurs sıfırdan başlayanlar və ya python biliklərini təkmilləşdirmək istəyənlər üçün nəzərdə tutulub.


Kursu necə izləməlisiniz ?

Bu təbii ki, sizin vaxt ayırmağınızdan asılıdır. Ən pis ehtimalda gündə 1 saat video izahlar izləyib eynisini yazmağa cəhd etmək çox yararlı olur. Əlavə olaraq gün ərzində öyrəndiklərinizə aid tasklar fikirləşib yazmaq lazımdır. Taskları başqa mənbələrdən də tapa bilərsiniz. Məsələn : hackerrank, edabit və sair.

Tasklar bölməsində taskın həllinə baxmamış özünüz taskı həll etsəniz daha da yararlı olacaq. Sonra isə öz həllinizlə kursdakı həlli yoxlaya bilərsiniz. Bir misalın, taskın 1 dən çox həll yolu var. Fərqli yollarla da taskı həll etmiş ola bilərsiniz. Bu zaman yazdığınız task həllini şərhlərdə paylaşa bilərsiniz.


Who Should Attend!

  • Sıfırdan python öyrənmək istəyənlərə.
  • Python'la web proqramlaşdırma öyrənmək istəyənlərə.
  • Alqoritmlərin yazılması, Custom metodlarla problem həlləri
  • Django framework-ə başlamaq üçün python öyrənmək istəyənlərə

TAKE THIS COURSE

Tags

  • Python
  • Web Development

Subscribers

6

Lectures

123

TAKE THIS COURSE



Related Courses